Çinin Fuszyan vilayətində tikilməkdə olan evin dağılması nəticəsində azı 8 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.
Məlumata əsasən 4 nəfər xəstəxanaya aparılarkən, daha 4 nəfər isə tibb müəssisəsində olarkən vəfat edib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.