Çində yük gəmisi körpünün bir hissəsini dağıdıb, avtobus çaya düşüb

Çində yük gəmisi körpünün bir hissəsini dağıdıb, avtobus çaya düşüb Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi magistral körpüyə çırpılıb və körpünün bir hissəsini dağılıb.
Digər ölkələr
22 Fevral , 2024 08:37
Çində yük gəmisi körpünün bir hissəsini dağıdıb, avtobus çaya düşüb

Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi magistral körpüyə çırpılıb və körpünün bir hissəsini dağıdıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə 1:30) şəhərin Nanşa rayonunda baş verib.

Daha sonra körpüdə hərəkətdə olan sərnişin avtobus suya düşüb. Lakin avtobusda yalnız sürücü olub. Onunla əlaqə kəsilib.

Bir neçə dalğıc hadisə yerindədir və qəzanın başvermə səbəbi aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi