Çinə yeni xarici işlər naziri təyin olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Belə ki, Çinin ABŞ-dakı səfiri Qin Qanq ölkənin yeni xarici işlər naziri təyin edilib.
Qeyd edək ki, o bu vəzifədə Vanq Yini əvəz edib.