Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib

Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.
Digər ölkələr
5 Oktyabr , 2024 10:00
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib

ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, hücum kəşfiyyat məlumatlarının toplanması, o cümlədən telefon danışıqlarının dinlənilməsi ilə bağlı sistemlərdən istifadə məqsədi daşıyıb.

Qeyd olunub ki, internet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.

Son xəbərlər

Orphus sistemi