“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, bununla belə qarşılıqlı fayda verəcək və bərabərhüquqlu əməkdaşlığa da hazırdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
“Biz qarşıdurmadan qorxmuruq, ancaq qarşılıqlı əməkdaşlığa həmişə cəhd göstərəcəyik. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Ancaq düşmənlikdən Çinlə yanaşı, ABŞ da ziyan görəcək”, - Van İ çinli diplomatlar üçün keçirilən simpoziumda deyib.
Onun sözlərinə görə, rəsmi Pekin bərabərhüquqlu və qarşılıqlı fayda verəcək dialoqa hazırdır: “Ümid edirik ki, ABŞ iki dövlətin liderləri arasında əldə edilən konsensusa uyğun fəaliyyət göstərəcək və öz sözünü tutacaq”.
Qeyd edək ki, bu il noyabrın 16-da ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında video-konfrans formatında görüşü olub. Onlar əməkdaşlığa dair məsələləri müzakirə ediblər.