CNN: Baydenin debatdakı zəif performansı fonunda Trampın reytinqi yüksəlir

CNN: Baydenin debatdakı zəif performansı fonunda Trampın reytinqi yüksəlir ABŞ Prezidenti Cozef Baydenin reytinqi prezidentliyə namizədlərin ilk debatındakı zəif performansdan sonra yeni minimuma çatıb.
Digər ölkələr
3 İyul , 2024 07:19
CNN: Baydenin debatdakı zəif performansı fonunda Trampın reytinqi yüksəlir

ABŞ Prezidenti Cozef Baydenin reytinqi prezidentliyə namizədlərin ilk debatındakı zəif performansdan sonra yeni minimuma çatıb.

“Report” xəbər verir ki, bunu CNN televiziya şirkətinin sorğusunun nəticələrində əks olunub.

Sorğuda iştirak edənlər rəqibindən 6 bənd üstün olan keçmiş prezident Donald Trampı dəstəkləyirlər – 49 % 43 %-ə qarşı. Bundan əlavə, Amerika seçicilərinin dörddə üçü hesab edir ki, əgər onların namizədi Bayden olmasaydı, Demokrat Partiyasının 2024-cü ildə prezident seçkilərində qalib gəlmək şansı daha yüksək olardı.

Bununla belə, CNN iddia edir ki, Tramp müstəqil seçicilər arasında keçirilən sorğuda hələ də 10 xal üstünlüyünü qoruyub saxlayır – 44 % 34%-ə qarşı.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi