“Coca-Cola” şirkəti təhlükəli hissəciklərə görə on milyonlarla butulkanı geri çağırır

“Coca-Cola” şirkəti təhlükəli hissəciklərə görə on milyonlarla butulkanı geri çağırır “Coca-Cola” şirkəti Avstriyada satışdan 28 milyon 0,5 litrlik plastik şüşəni geri çağıracaq.
Digər ölkələr
26 Oktyabr , 2024 01:07
“Coca-Cola” şirkəti təhlükəli hissəciklərə görə on milyonlarla butulkanı geri çağırır

“Coca-Cola” şirkəti Avstriyada 28 milyon 0,5 litrlik plastik şüşəni satışdan geri çağıracaq.

“Report” “Austria Presse Agentur”a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin butulkaların içərisinə daxil olması riskidir.

Nəşr şirkətin şərhinə istinadən bildirir ki, metal parçaların az sayda butulkaya girə bilməsi ehtimalı var. Belə risklər istehsal uğursuzluğu səbəbindən yaranıb: görünür, limonadın qablaşdırılması zamanı ələk qırılıb.

Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri götürmək qərarına gəlib. Geri çağırışa son istifadə müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan “Cola”, “Fanta”, “Sprite” və “MezoMix” içkiləri daxildir.

Bu, Avstriyada ilk belə irimiqyaslı məhsulun geri çağırılmasıdır. Hazırda sulardan istifadə zamanı hər hansı zərərçəkən barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi