“Colina” tayfunu Filippinə 3,8 milyon dollar zərər vurub

“Colina” tayfunu Filippinə 3,8 milyon dollar zərər vurub İlkin hesablamalara görə, “Colina” tayfunu Filippinə 193 milyon peso (3,8 milyon ABŞ dolları) zərər vurub.
Digər ölkələr
9 Sentyabr , 2021 10:35
“Colina” tayfunu Filippinə 3,8 milyon dollar zərər vurub

“Colina” tayfunu ilkin hesablamalara görə, Filippinə 193 milyon peso (3,8 milyon ABŞ dolları) zərər vurub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Risklər barədə məlumatlandırma və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası məlumat yayıb.

“CNN Philippines” telekanalının məlumatına görə, təbii fəlakət kənd təsərrüfatına böyük zərər vurub. Bundan başqa, İlokos regionunda baş vermiş daşqın nəticəsində 3 mindən çox evə zərər dəyib, onlardan 158-i tamamilə dağılıb.

Təbii fəlakət nəticəsində 8-i balıqçı olmaqla, 9 nəfərin öldüyü bildirilir. Daha 9 balıqçının axtarışı davam etdirilir.

Samar, Biliran və Masbate vilayətlərində daha 19 nəfərin itkin düşdüyü, onlardan 5-nin sonradan xilas edildiyi bildirilir. Tayfunun ümumilikdə 12,2 min insana zərər vurduğu barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi