Conson: “Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir"

Conson: “Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir" “Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir. Amma gördüyünüz kimi, kütlə instinkti çox güclüdür”.
Digər ölkələr
7 İyul , 2022 15:57
Conson: “Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir

“Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir. Amma gördüyünüz kimi, kütlə instinkti çox güclüdür”.

“Report” “Sky nyus”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri xalqa müraciətində deyib.

“Mən Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər dəstək olacağam. Dünyanın ən yaxşı işini tərk etdiyimin nə qədər kədərli olduğumu bilməyinizi istəyirəm.

Son bir neçə gündə mübarizə aparmağımın səbəbi təkcə şəxsi arzum deyildi. Eyni zamanda mən bilirdim ki, bu, mənim vəzifəm, öhdəliyimdir. Biz ölkəni pandemiyadan keçirdik. Avropada peyvəndin ən sürətli paylanmasını təmin etdik. Vladimir Putinin Ukraynaya hücumunun qarşısının alınmasında Qərbə rəhbərlik etdik.”, - o söyləyib.

Son xəbərlər

Orphus sistemi