Consonla Quterreş Ukrayna ətrafındakı böhranın həlli üçün birgə işləyəcəklər

Consonla Quterreş Ukrayna ətrafındakı böhranın həlli üçün birgə işləyəcəklər Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna ətrafında böhrandan diplomatik çıxış yolu tapmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Digər ölkələr
17 Fevral , 2022 03:19
Consonla Quterreş Ukrayna ətrafındakı böhranın həlli üçün birgə işləyəcəklər

Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna ətrafında böhrandan diplomatik çıxış yolu tapmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Britaniya hökuməti başçısının Quterreşlə telefon danışığından sonra yaydığı rəsmi məlumatda deyilir.

"Onlar diplomatik həll yollarını tapmaq və fəlakətli hərbi eskalasiya və humanitar böhranın qarşısını almaq üçün yaxından işləməyə davam etməyə razılaşıblar", - sənəddə deyilir.

"Liderlər yenə BMT nizamnaməsindən irəli gələn öhdəliklərə əməl etməli və beynəlxalq təşkilat üzvlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olan dövlətlərin məsuliyyətini bir daha vurğuladılar. Baş nazir və baş katib həmçinin, tərəflərin Minsk sazişi razılığının həyata keçirilməsi üçün xoş niyyətlə çalışmasının vacibliyini bir daha təsdiq etdilər”, - məlumatda vurğulanır.

Boris Conson həmçinin qeyd edib ki, hazırda Rusiyanın geri çəkilməsinə dair çox az dəlil var və telefon danışığının hər iki iştirakçısı Ukraynaya hər hansı bir müdaxilənin fəlakətli və genişmiqyaslı fəsadlar verəcəyi mövzusunda razılaşıblar.

Son xəbərlər

Orphus sistemi