ABŞ-da koronavirusun yeni, əvvəlki infeksiyadan 50% daha yoluxucu ştammının yayıldığı güman edilir.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin işçi qrupunun son məruzəsinə istinadən
"Bu payız-qış sıçrayışı (ABŞ-da epidemiya–red.) demək olar, yaz və yay zamanı xəstələnmənin artım sürətini iki dəfə ötdü. Güman edilir ki, ABŞ-da koronavirusun Britaniya növündən əlavə olaraq, hansı ki, artıq bizdə yayılır - öz variantı inkişaf edə bilər", - məruzədə deyilir.
Sənəddə qeyd edilir ki, yeni ştamm "50% daha yoluxucu ola bilər".
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.