Cozef Bayden ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq

Cozef Bayden ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq ABŞ prezidenti Cozef Bayden bazar ertəsi – fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcək.
Digər ölkələr
31 Yanvar , 2021 04:47
Cozef Bayden ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden bazar ertəsi – fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcək.

“Report” xəbər verir ki, bu barədə yüksək vəzifəli mənbəyə istinadən “NBC News telekanalı bildirib.

Qeyd edilir ki, siyasətçi rəhbərliyi altında olan ölkənin xarici siyasət kursundan danışacaq.

Mənbə telekanala bildirib ki, Bayden özünün ABŞ-ın dünyadakı yerinin bərpasına yönəldilmiş xarici siyasət təxəyyülünü təsvir edəcək.

Məlumata görə, çıxış zamanı Birləşmiş Ştatların İran, Rusiya, KXDR, Əfqanıstanla bağlı siyasi kursuna toxunulacaq.

Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Baydenin hakimiyyəti zamanı ABŞ və Rusiyanın münasibətləri mürəkkəb olacaq.

Son xəbərlər

Orphus sistemi