“ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə birlikdə AUKUS alyansının nüvə silahının yayılmaması standartlarına uyğunluğu məsələsi üzərində işləyir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəflərinin konfransının açılışı ilə bağlı bəyanatında deyilir.
“Biz Avstraliya, Böyük Britaniya və ABŞ-ın üzv olduğu AUKUS tərəfdaşlığının nüvə silahının yayılmaması standartlarına cavab verməsini təmin etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq edirik”, - sənəddə bildirilir.