ABŞ prezidenti Cozef Bayden Kubaya qarşı sanksiyaların müddətini artırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, söhbət 1996-cı ilə qəbul olunmuş, 2004, 2016 və 2018-ci illərdə əlavələr edilmiş sanksiyalar rejimindən gedir.
Xüsusi halda Bayden ABŞ-da qeydiyyatdan keçmiş gəmilərin, ABŞ hakimiyyətinin icazəsi olmadan Kubanın ərazi sularına girişinə qoyulan qadağanı təsdiqləyib, çünki bu, "Kubadan kütləvi köçə" səbəb ola bilər.
Baydenin vitse-prezident olduğu Barak Obama administrasiyası Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib və münasibətləri yaxşılaşdırmaq üçün bəzi addımlar atıb. Donald Trampın prezidentliyi dövründə ABŞ Kubaya qarşı bir çox sanksiyaları bərpa edib. Eyni zamanda, Konqresin tətbiq etdiyi ticarət embarqosu yarım əsrdən çoxdur dəyişməz olaraq qalır. Bayden hələlik Trampın Kuba ilə bağlı siyasətinə yenidən baxıldığını göstərən heç bir addım atmayıb.
Cozef Bayden eyni zamanda sələfi Donald Trampın daha bir fərmanını - bir sıra əcnəbilərin ölkəyə giriş qadağasını ləğv edib.
Ağ Evin mətbuat xidməti məlumatı təsdiqləyib.
Xatırladaq ki, Tramp sənədi ötən ilin aprelində imzalayıb. Qeyd edilir ki, bəzi əcnəbilər COVID-19 pandemiyaları dövründə Amerikanın əmək bazarı üçün risk törədirlər. Sabiq prezident sonra fərmanın qüvvədə olma müddətini iki dəfə uzadıb.