Cozef Bayden Miçiqana səfərini gözlənilmədən təxirə saldı

Cozef Bayden Miçiqana səfərini gözlənilmədən təxirə saldı ABŞ prezidenti Cozef Bayden ölkənin şərq sahilində havanın pisləşəcəyi ilə bağlı proqnozlara görə Miçiqan ştatına səfərini təxirə salıb
Digər ölkələr
18 Fevral , 2021 06:36
Cozef Bayden Miçiqana səfərini gözlənilmədən təxirə saldı
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden ölkənin şərq sahilində havanın pisləşəcəyi ilə bağlı proqnozlara görə Miçiqan ştatına səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evdəki mənbəyə istinadən CNN telekanalı bildirib.

Məlumata görə, Amerika administrasiyasının başçısı Portec şəhərində koronavirus əleyhinə vaksinin istehsalı ilə məşğul olan “Pfizer” şirkətinin zavoduna baş çəkmək niyyətindədir.

Sinoptiklərin proqnozlarına görə, Miçiqanda cümə axşamı güclü qar gözlənilir, bir gün ərzində 6 santimetr yağıntı düşə bilər.

Son xəbərlər

Orphus sistemi