Cozef Bayden ona məktub yazan işsiz amerikalı qadına zəng etdi
Cozef Bayden ona məktub yazan işsiz amerikalı qadına zəng etdiABŞ prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.
ABŞ prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının tvitterdəki hesabında bildirilir.
Qeyd edilir ki, qadın bundan əvvəl prezidentə məktub yazıb. Bayden isə ona zəng edərək stimullaşdırıcı tədbirlər proqramından danışıb.
“İdeya budur ki, biz yenidən açıq biznes istəyirik. İnsanların ehtiyac duyduğu təcili yardımı təmin edəcək plan qəbul edəcəyik. Bu, kiçik müəssisələrin açılmasına kömək edəcək”, - Amerika lideri deyib.
ABŞ prezidenti daha əvvəl bildirib ki, koronavirusa görə 36 milyon amerikalı aclıq çəkir.
Last year, Michele lost her job because of the pandemic. I recently gave her a call to hear her story and discuss how my American Rescue Plan will help families like hers. pic.twitter.com/SAqM2GytPf