“WikiLeaks” təşkilatının yaradıcısı avstraliyalı Culian Assanj Ekvador Respublikasının vətəndaşlığından məhrum edilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın ABC teleyayım şirkəti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2018-ci ildə Ekvador vətəndaşlığı almış Assanj məhkəmənin qərarı ilə iyulun 26-da vətəndaşlıqdan məhrum edilib.
Əlli yaşlı avstraliyalının vəkili Karlos Poveda məhkəmə prosesinin gedişində müştərisinin hüquqlarınıən pozulduğunu bildirib.
Onun sözlərinə görə, Assanjın dinləmələrdə iştirakına şərait yaradılmayıb bu isə appelyasiya üçün əsas verir: “İnsan hüquqları və bütün prosedurlara riayət edilməsi məsələsi vətəndaşlıq məsələsindən daha vacibdir”.