Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək

Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcəklər.
Digər ölkələr
18 Oktyabr , 2024 06:23
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək

Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcəklər.

"Report"un məlumatına görə, bu barədə Çexiyanın Baş naziri Petr Fiala sosial şəbəkədəki səhifəsində yazıb.

“Danimarkanın Baş naziri Mette Frederiksen və Niderlandın Baş naziri Dik Şxof ilə 2025-ci ildə Ukraynaya sursat tədarükünü davam etdirməyə razılaşdıq ki, Ukrayna özünü Rusiyanın davam edən təcavüzündən müdafiəyə davam etsin və bununla da həm Ukraynanı, həm də müdafiə sənayemizi dəstəkləyə bilsin”, - Fiala yazıb.

O, digər ölkələri də eyni addımı atmağa çağırıb. Fialanın fikrincə, bu, bütün Avropanın təhlükəsizliyinin maraqlarına uyğundur.

Qeyd olunub ki, Niderland Ukrayna üçün mərmilərə 271 milyon avrodan çox vəsait ayıracaq.

Son xəbərlər

Orphus sistemi