Danimarka hökuməti Malidə hakimiyyətdə olan hərbçilərin tələbindən sonra qoşunlarını bu ölkənin ərazisindən çıxarmaq qərarına gəlib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Yeppe Kofod bildirib.
"Hakimiyyətdə olan hərbçilər Danimarkanın Malidə daha xoş qarşılanmadığını təsdiqləyən açıq bir mesaj göndərdi", - deyə nazir Avropa mediasından sitat gətirib.
“Biz ordumuzu geri çəkmək qərarına gəldik”, - nazir əlavə edib.
Avropa mediası bildirib ki, söhbət 100-ə yaxın əsgərdən gedir.