Danimarka sentyabrın 10-dan etibarən koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edəcək.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə idarəsinin məlumatında deyilir.
Hazırda Danimarka dünyada ən yüksək vaksinləmə səviyyəsinə malik ölkələrdən biridir. 12 yaşdan yuxarı hər 5 vətəndaşdan 4-ü peyvənd olunub. Bu səbəbdən, hökumət COVID-19-u daha cəmiyyət üçün kritik xəstəlik kimi təsnifatlandırmır.
Hazırda ölkə xəstəxanalarında COVID-19-a yoluxmuş 127 nəfər müalicə alır. İndiyədək 2 573 Danimarka vətəndaşı xəstəliyin qurbanı olub.