Danimarkada COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, yalnız uçuşla bağlı bir sıra qadağalar qüvvədə saxlanılıb.
Bildirilib ki, infeksiyaya yoluxma hallarında artım müşahidə olunarsa, məktəblər qapadıla bilər.
Qeyd edək ki, ölkənin sosial-demokrat hökuməti avqustun sonunda koronavirusu ümumi yoluxma üçün kritik xəstəliklər klassifikasiyasından çıxarıb.