Danimarka hakimiyyəti bir və ya bir neçə terror hücumunun planlaşdırılmasında şübhəli bilinən yeddi nəfərə qarşı ittihamlar irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin kəşfiyyat və təhlükəsizlik üzrə xidmətinə istinadən “RİA Novosti” agentliyi bildirib.
"Yeddi nəfər Danimarkanın Cinayət Məcəlləsinin terrorizm və ya belə cinayətin törədilməsinə kömək göstərilməsində və təhrikçilik haqqında 114-cü (1) maddəsinin qəsdən pozulmasında ittiham edilir", - xəbərdə deyilir.
Onlar partlayıcı qurğuların, həmçinin silahların istehsalı üçün vasitələrin əldə edilməsində ittiham olunurlar.
Bundan başqa, bu iş üzrə məhkəmə qarşısına daha altı nəfər çıxarılıb. Daha bir nəfər isə Almaniyada saxlanılıb.