Darfur bölgəsində artan zorakılıqlara görə son bir həftə ərzində 8 mindən çox sudanlı Çada qaçıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Qərbi Darfurun Ərdamata kəndində də silahlı qruplar tərəfindən 800 nəfərin öldürülməsi xəbərləri yayılıb.
Ərazidə 100-ə yaxın sığınacaq yerlə-yeksan edilib. Bölgədə BMT-nin humanitar yardımı talan edilib.
BMT xatırladıb ki, 2023-cü ilin aprelindən Sudanda silahlı münaqişə zamanı 4,8 milyondan çox sudanlı məcburi köçkün vəziyyətinə düşüb, daha 1,2 milyon insan isə ölkəni tərk edib.