ABŞ-da daşqın nəticəsində 35 nəfər itkin düşüb

ABŞ-da daşqın nəticəsində 35 nəfər itkin düşüb “Fred” tropik qasırğasının səbəb olduğu daşqın nəticəsində Şimali Karolinanın Heyvur dairəsində azı 35 nəfər itkin düşüb.
Digər ölkələr
19 Avqust , 2021 16:14
ABŞ-da daşqın nəticəsində 35 nəfər itkin düşüb

“Fred” tropik qasırğasının səbəb olduğu daşqın nəticəsində Şimali Karolinanın Heyvur dairəsində azı 35 nəfər itkin düşüb.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, indiyədək təbii fəlakət bölgəsində qalmış 54 nəfər xilas edilib. Xilasedicilər itkin düşmüş şəxslərin axtarışını davam etdirirlər.

ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi “Fred” tropik qasırğasının hazırda 28 km/s sürətlə şimal-şərq istiqamətində hərəkət etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi