Delta ştammının yayılması səbəbindən ABŞ-ın “Twitter” şirkətinin San-Fransiskoda yerləşən mənzil-qərargahı və Nyu-Yorkdakı ofisləri bağlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Jurnalın məlumatına görə, “Twitter” iki həftə əvvəl əməkdaşlarının uzaqdan iş rejimindən çıxmağa və ofisə gəlməyə icazə verib.
“Twitter” nümayəndəsi bildirib ki, mənzil-qərargahı və ofisləri bağlamaqla yanaşı, şirkət “yeni ofislərin açılmasını” da dayandırıb.
Xatırladaq ki, ABŞ-ın “Twitter Inc.” şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkətin əsas məhsulu qısa ismarışların mübadilə edildiyi sosial şəbəkədir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.