Demokratlar Trampın impiçmentini planlaşdırırlar

Demokratlar Trampın impiçmentini planlaşdırırlar ABŞ Konqresinin Nümayəndələr Palatasında hazırlananan dövlət başçısı Donald Trampın impiçmentin layihəsi prezidenti "qiyama təhrikçilikdə" ittiham edir.
Digər ölkələr
9 Yanvar , 2021 01:30
Demokratlar Trampın impiçmentini planlaşdırırlar
Donald Tramp

ABŞ Konqresinin Nümayəndələr Palatasında hazırlananan dövlət başçısı Donald Trampın impiçmenti layihəsi prezidenti "qiyama təhrikçilikdə" ittiham edir.

“Report” xəbər verir ki, bununla bağlı sənədin mətnini NBC telekanalı yayımlayıb.

Çərşənbə günü Konqres ötən ilin 3 noyabrında keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyəndə Tramp Vaşinqtonda öz tərəfdarları üçün mitinq keçirib və onları "zəif respublikaçılara kömək etmək" üçün Kapitoliyə getməyə çağırıb. Bundan sonra Trampın tərəfdarları Konqresin iclasının davam etdiyi Kapitolini mühasirəyə alıblar. Onlar zorla binaya soxulublar və binanı talan ediblər.

Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında baş verənlər qarşıdurmalarla, hətta atışma ilə nəticələnib. Nəticədə beş nəfər həlak olub. Kapitolinin binasında öldürülənlərdən biri də Hərbi Hava Qüvvələrinin veteranı – qadındır. Toqquşmalar zamanı həmçinin xəsarət almış polis də ölüb. Qarışıqlıqlar zamanı daha üç nəfər həlak olub.

Demokratların Konqresdəki liderləri bildiriblər ki, Trampa qarşı qarışıqlıqlara təhrik etməklə əlaqədar impiçment layihəsi hazırlamaq niyyətindədirlər.

Hadisələrə etiraz əlaməti olaraq Trampın kabinetindən iki nazir istefaya gedib. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bildirib ki, Tramp öz vəzifələrini icra etməyə qadir deyil.

Son xəbərlər

Orphus sistemi