Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün Konstitusiyanın 25-ci düzəlişinin müddəalarından istifadə etməyə çağırıb.
“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Çak Şumer tvitterdə yazıb.
“Bu prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ən sürətli və ən təsirli yoldur və bu gün edilə bilər. Əgər vitse-prezident dərhal 25-ci düzəlişə başlasa”, - o, tvitter hesabında yazıb.
Onun sözlərinə görə, əgər Pens bunu etməkdən imtina edərsə, Konqres Trampa qarşı impiçment elan etməlidir.