Kolumbiya dairəsinin baş prokuroru vəzifəsini icra edən Maykl Şervin ABŞ Konqresində baş verən iğtişaşlarla əlaqədar hazırkı Prezident Donald Trampa qarşı ittiham irəli sürülə biləcəyini istisna etməyib.
“Report”un məlumatına görə, bu barədə “CNBC” xəbər yayıb.
“Prezidentin zorakılığa təhrik etdiyi üçün məsuliyyətə cəlb olunma ehtimalı nəzərdən keçirilirmi” sualına cavabında Şervin deyib:
“Bəli, bütün iştirakçılar barədə - təkcə binaya daxil olanlar deyil, buna təhrik edənlər və ya bir növ müşayiətçi rol oynayan digərləri barədə araşdırma aparırıq. Dəlillər cinayət tərkibinin olmasını göstərirsə, mütləq ittiham irəli sürüləcək”.