İran Vyanada keçirilən nüvə danışıqlarının son raundunda əvvəllər təklif edilmiş kompromislərdən uzaqlaşaraq və əlavə tələblər irəli sürərək mövqeyini sərtləşdirib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi bildirib.
O əlavə edib ki, İranın tələbləri nüvə sazişinin yenidən qurulması ilə aparılan danışıqlardan kənara çıxıb.
Bu həftə Avstriyanın paytaxtında uzun fasilədən sonra İranla danışıqların yeddinci raundu baş tutub. Dövlət Departamentinin rəsmisi tərəflərin yenidən nə vaxt toplanacağını bilmədiyini deyib, lakin açıq şəkildə bildirib ki, ABŞ üçün İranın yanaşmalarının ciddiliyi yeni görüşün tarixindən daha önəmlidir.