Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şurasının Sədri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin arasında görüş zamanı tərəflər silahların ötürülməsi barədə razılığa gəliblər. Bu mövzuda danışıqlar bu gün də davam edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller
“Biz bunu dəfələrlə demişik və xəbərdarlıq etmişik ki, Rusiya ilə KXDR arasında silah danışıqları, böyük ehtimalla, Kim Çen Inın Rusiyaya səfəri zamanı baş tutub. Biz onların (danışıqların – red.) davam etdiyinə inanırıq”, - Miller deyib.
O əlavə edib ki, tərəflər mübadilə barədə razılığa gələ bilərlər: Rusiya silah, KXDR isə hərbi texnologiya alacaq. Dövlət Departamentinin mətbuat katibinin sözlərinə görə, bu, qlobal silahların yayılmaması rejimini sarsıdacaq və Rusiyanın da səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozacaq.
“Buna görə də biz KXDR-ni ictimai şəkildə bəyan etdiyinə əməl etməyə və Rusiyaya silah verməkdən çəkinməyə çağırırıq”, - Miller söyləyib.