Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi, xəstəxanalar üçün COVID-19 peyvəndi və avadanlığı almaq üçün 100 milyon ABŞ dolları dəyərində birgə layihə hazırlayır.
“Report”un məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Svetlana Şatalova bildirib.
Onun sözlərinə görə, ilk növbədə, bu vəsaitlər COVID-19-a qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək.
Şatalova, Dünya Bankının Səhiyyə Nazirliyi ilə birlikdə artıq 102 ailə praktikası poliklinikasnın tam şəkildə yenidən qurulmasını həyata keçirdiyini qeyd edib.