Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq

Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq Ukrayna Dünya Bankı ilə demək olar 600 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.
Digər ölkələr
4 Noyabr , 2024 21:42
Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq

Ukrayna Dünya Bankı ilə 600 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Baş naziri Denis Şmıqalın teleqramına istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma əldə olunmuşdu. Bu gün isə Ukraynanın maliyyə və iqtisadiyyat nazirlikləri Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.

Söhbət kiçik və orta biznesin dəstəklənməsi, “yaşıl” keçid, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və yeni bazarlara çıxışın asanlaşdırılması məqsədi daşıyan yeni “Dayanıqlı, İnklüziv və Ekoloji Dayanıqlı Sahibkarlıq” (RISE) layihəsindən gedir.

Qeyd edilir ki, layihə 2027-ci ilə qədər nəzərdə tutulub, proqramın ümumi planlaşdırılan məbləği isə 1 milyard dollardan çoxdur.

Son xəbərlər

Orphus sistemi