Son bir həftə ərzində dünyada koronavirusdan 93 mindən çox insan ölüb. Bu, əvvəlki yeddi günə nisbətən 6 faiz çoxdur.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cenevrədə nəşr olunmuş həftəlik epidemioloji bülletendə bildirib.
Belə ki, 26 aprel – 2 may tarixləri arasında bütün dünya üzrə 93 523 ölüm halı qeydə alınıb.
Bundan əlavə, dünya üzrə koronavirusa ümumi yoluxma hallarının sayı 153,18 milyonu keçib ki, bu da sutkada 644 mindən çox artım deməkdir.