Dünyada 700 mindən çox insan COVID-19 xəstəliyindən ölüb.
Bu barədə "Report" ayrı-ayrı ölkələrin ümumi statistikasına istinadən xəbər verir.
Məlumata görə, koronavirus pandemiyasının başlanğıcından 704 231 insan təhlükəli infeksiyanın qurbanı olub. Dünyada COVID-19-a 18 697 882 insan yoluxub, virusa yoluxmuş demək olar, 12 milyon pasiyent sağalıb.
Birləşmiş Ştatlarda virusa 4,9 milyon yoluxma və 160 290 ölüm aşkarlanıb. Braziliyada COVID-19-dan 96 mindən çox insan ölüb, 2,8 milyon nəfər yoluxub. Hindistanda 39,8 min insan pandemiyanın qurbanı olub, yoluxma hallarının sayı 1,9 milyon nəfər təşkil edir.