Dünyada müxtəlif səbəblərdən, o cümlədən silahlı qarşıdurmalar səbəbindən ev-eşiyini tərk etmiş insanların sayı 80 milyondan çoxdur.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) tərəfindən dərc edilən hesabatda göstərilir.
Hesabata görə, bu ilin əvvəlində dünya üzrə silahlı qarşıdurmalar, təzyiqlər, insan hüquqlarının pozulması səbəbindən yurd-yuvalarını tərk etmək məcburiyətində qalanlar 79,5 milyon, o cümlədən daxili miqrantlar 45,7 milyon, qaçqınlar 29,6 milyon, sığınacaq axtaranlar isə 4,2 milyon olub.
Həmçinin koronavirus pandemiyası ilə bağlı aprel ayında 168 ölkə sərhədlərini tam və ya qismən bağlamış, bunlardan 90 ölkə sığınacaq axtaranlara güzəştə getməyib.
Bu ilin 6 ayında vətənə qayıdan qaçqınların sayı ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz az, sığınacaq vermək barədə ərizələrin isə sayı 33 faiz az olub.