Efiopiya Hərbi Hava Qüvvələrinin Tıqray əyalətinin paytaxtı Mekeledəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Efiopiya federal hakimiyyət orqanları Mekeledəki hədəflərə hava zərbəsi endirdiyini təsdiqləyib.
Hökumət qüvvələrinin aviazərbəsi nəticəsində “Mesfin Industrial Engineering”in sənaye kompleksinin bir hissəsi məhv edilib.
Qeyd edək ki, oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tıqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.