Efiopiya hökumət qüvvələri ölkənin şimalında dörd şəhəri Tıqray üsyançıları və onların müttəfiqlərindən azad edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhmədin ofisi məlumat yayıb.
Azad edilən Mehal-Meda, Çefa-Robit, Harbun və Mekoy şəhərləri Tıqray üsyançılarının nəzarət etdiyi Amhara əyalətində yerləşir.
Son bir həftə ərzində federal qüvvələr Tıqray üsyançılarını Amhara və Afar əyalətinin 20-dən çox şəhərindən qovub.
Qeyd edək ki, Tıqray üsyançıları oktyabrın 27-də Amhara və Afarı işğal edərək Efiopiyanın şimalına hücum ediblər. Noyabrın 25-də hökumət qüvvələrinin əks-hücuma keçməsi nəticəsində vəziyyət dəyişməyə başlayıb.