Efiopiyada 100-dən çox insan qaçırılıb

Efiopiyada 100-dən çox insan qaçırılıb Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla 100-dən çox insan fidyə müqabilində qaçırılıb.
Digər ölkələr
9 İyul , 2024 02:09
Efiopiyada 100-dən çox insan qaçırılıb

Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla 100-dən çox insan fidyə müqabilində qaçırılıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Əddis-Əbəbədəki səfiri Ervin Massinq “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluğu göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir. Keçən həftə 100-dən çox tələbə və turist fidyə müqabilində qaçırıldı”, - o yazıb.

Öz növbəsində “Reuters” qaçan tələbəyə istinadən xəbər verib ki, iyulun 3-də paytaxt Əddis-Əbəbədən təxminən 120 km şimalda, Oromiya bölgəsində sərnişinləri olan üç avtobus Oromo dilində danışan naməlum silahlı şəxslər tərəfindən saxlanılıb.

Agentliyin məlumatına görə, qaçıranlar əsirləri azad etmək üçün ailələrdən 1 milyon bır (17 500 ABŞ dolları-red) ödəmələrini istəyirlər. “Reuters” xəbər verir ki, bu məlumatı universitetin rektoru Asmamo Zegeye təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi