Efiopiyanın paytaxtı Əddis-Əbəbədə partlayışa cəhdin qarşısı alınıb.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Bu arada Efiopiyanın paytaxtında Tıqray üsyançılarının ölkənin birliyini pozmağa yönəlmiş hərəkətlərini pisləyən böyük mitinqlər keçirilir. Efiopiyanın "Fana" telekanalı qeyd edib ki, hazırkı aksiyalarda iştirak edən on minlərlə vətəndaş ölkənin silahlı qüvvələrinə lazımi yardım göstərməyə hazır olduqlarını bəyan ediblər.