Əfqanıstan Prezidenti Əşrəf Qani ABŞ-a uçmuş ola bilər.
“Report” xəbər verir ki, bu iddia ilə İranın “Mehr” agentliyi çıxış edib.
Bildirilib ki, Ə.Qaninin dəqiq yeri hələ ki məlum deyil, lakin o, Oman vasitəsilə ABŞ-a uçmuş ola bilər.
Qeyd edək ki, “Taliban” Kabil şəhərini ələ keçirəndən sonra Əfqanıstanı tərk edən Ə.Qaninin ailəsi ilə birlikdə Tacikistanda, Özbəkistanda, Qazaxıstanda və Omanda olması ilə bağlı ayrı-ayrı versiyalar irəli sürülsə də, bütün versiyalar rəsmi şəkildə təkzib edilib.