Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib.
Digər ölkələr
9 Avqust , 2021 14:07
Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib.

“Report” Khamaa Press”ə istinadən xəbər verir ki, həmçinin Xost əyalətində fəaliyyət göstərən “Boost” radiosunun baş redaktoru Niyamətullah Həmət də Helmənd əyalətinin Nəva bölgəsində girov götürülüb.

Qeyd edək ki, “Taliban” bu ilin birinci yarısında aralarında 8-i qadın olmaqla azı 20 nəfər jurnalisti qətlə yetirib, bir çoxlarına da hədə-qorxu gəlib. O cümlədən bu günlərdə hökumət informasiya mərkəzinin rəhbəri Davaxan Minapal qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi