Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində baş verən daşqın nəticəsində azı 150 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyət təmsilçisi məlumat verib.
Bildirilib ki, təbii fəlakət Pakistanla sərhəddə yerləşən Kamdeş qəsəbəsində gecə saatlarında baş verib.
Məlumata görə, daşqın nəticəsində 60-dan çox yaşayış evi dağılıb.