Əfqanıstanda daşqında ölənlərin sayı 34-ə çatıb

Əfqanıstanda daşqında ölənlərin sayı 34-ə çatıb Şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində Əfqanıstanın Herat əyalətində ən azı 14 nəfər dünyasını dəyişib
Digər ölkələr
5 May , 2021 11:19
Əfqanıstanda daşqında ölənlərin sayı 34-ə çatıb

Əfqanıstanda daşqın qurbanlarının sayı 34-ə çatıb, 4 nəfər xəsarət alıb və 14 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “1TV” telekanalı yayıb.

Bir qədər əvvəl şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində Əfqanıstanın Herat əyalətində ən azı 14 nəfərin öldüyü bildirilib.

“1TV” telekanalının son məlumatlarına görə, daşqınlar şimal-şərqi Bədəxşan və Baqlan vilayətlərində, şimal-qərbi Herat vilayətində, həmçinin Əfqanıstanın mərkəzindəki Qor, Daykundi və Bamyan vilayətlərində ölümlərə və digər fəsadlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi