Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının rəhbərliyi ölkədəki qadın gözəllik salonlarının bağlanması barədə göstəriş verib.
“Report”un xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“Taliban”ın yaratdığı müvəqqəti hökumət bunun üçün 10 gün vaxt verib.
Bundan başqa, Əfqanıstanda qadınların ticarət mərkəzlərində işləməsinə qadağa qoyulduğu iddia edilir.