Əfqanıstanda hava zərbəsi nəticəsində insan tələfatı üz verib

Əfqanıstanda hava zərbəsi nəticəsində insan tələfatı üz verib Əfqanıstanın şimal-şərq Taxar əyaləti Bəhərək qəzasının Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəıticəsində 12 nəfər Taliban döyüşçüsü məhv edilib.
Digər ölkələr
22 Oktyabr , 2020 15:09
Əfqanıstanda hava zərbəsi nəticəsində insan tələfatı üz verib

Əfqanıstanın şimal-şərq Taxar əyalətindəki Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəticəsində 12 nəfər "Taliban" döyüşçüsü məhv edilib.

“Report” “ToloNews”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında talibançıların “bir neçə komandiri” də var.

Həmçinin mülki sakinlər arasında itkilərə dair iddialara aydınlıq gətirmək üçün əraziyə araşdırma qrupunun göndərildiyi də bildirilir. Belə ki, bundan əvvəl mənbələr hava zərbəsi nəticəsində azı 12 nəfərin öldüyünü və 14 nəfərin yaralandığını, yerli mədrəsə binasının hədəf alındığını bildiriblər. Ölkənin birinci vitse-prezidenti Əmrullah Saleh sosial media hesabından sözügedən hadisədə uşaqların ölməsinə dair xəbərləri təkzib edib.

Xatırladaq ki, əvvəlki gecə Bəhərək qəzasında polislə "Taliban" dəstələri arasında baş verən toqquşmada rəsmi mənbələrə görə, 50-dək təhlükəsizlik əməkdaşı, o cümlədən əyalət polis rəisinin müavini Rəz Məhəmməd Durandiş ölüb.

Son xəbərlər

Orphus sistemi