Əfqanıstanın qərbindəki Herat əyalətinə endirilən hava zərbəsi nəticəsində onlarla insan həlak olub.
“Report” xəbər verir ki, bu barədə hadisə şahidinə istinadən RİA “Novosti” agentliyi bildirib.
Agentliyin müsahibinin sözlərinə görə, “taliblər”in komandiri Kari Qulam Nabi bu yaxınlarda Pul-e-Çarxidə həbsxanadan azad edilib. Dostları onunla görüşə gəliblər. Bu zaman endirilən hava zərbəsi azı 50 insanın həyatına son qoyub.
Yerli xəstəxananın nümayəndələrinin məlumatına görə, tibb müəssisəsinə beş yaralı gətirilib.
Hava zərbəsinin qurbanları haqqında rəsmi məlumat yoxdur, ancaq məlumata görə, həlak olanlar arasında dinc sakinlər də var.