Əfqanıstanda son bir neçə gün ərzində davam edən soyuq hava şəraiti və qar nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "TOLOnews" telekanalı məlumat yayıb.
Bundan başqa, temperaturun aşağı düşməsi səbəbindən azı 4 000 mal-qara tələf olub, bir neçə min hektarlıq kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi həftə ərzində Əfqanıstanın bəzi bölgələrində temperaturun 35 dərəcə şaxtaya enə biləcəyi barədə xəbərdarlıq edib.