Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış olub.
Digər ölkələr
22 Aprel , 2022 19:46
Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanın şimalındakı Kunduz əyalətində İmam Sahib məscidində partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı uşaqlar da daxil olmaqla, 33 nəfərdir.

Daha 43 nəfər yaralanan var.

17:07

Əfqanıstanın şimalındakı Kunduz əyalətində İmam Sahib məscidində partlayış nəticəsində 30-dan çox insan ölüb və yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində yaralananlar var.

Qeyd edək ki, aprelin 21-də Əfqanıstanın Bəlx vilayətinin Məzari Şərif şəhərində məsciddə törədilmiş partlayış nəticəsində azı 30 nəfər ölüb, 87 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi