Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb

Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb Əfqanıstanın şərqində dağlıq Nuristan əyalətində ağır yol qəzasında azı 7 nəfər həlak olub.
Digər ölkələr
6 Oktyabr , 2024 08:06
Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb

Əfqanıstanın şərqində dağlıq Nuristan əyalətində ağır yol qəzasında azı 7 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyinə əyalət polisinin nümayəndəsi Qulam Rəhman Haydari bildirib.

Onun sözlərinə görə, hadisə Doab ərazisində baş verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, daha sonra avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 7 nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi