Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Digər ölkələr
18 Dekabr , 2021 19:11
Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın "Salam Watandar" radiostansiyası hadisə şahidlərinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Məlumata görə, insident Kabilin Barki qovşağında avtomobilə bərkidilmiş maqnit minasının partlaması nəticəsində qeydə alınıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışın yerli sakinlər tərəfindən daşınan qaz balonunun partlaması nəticəsində baş verdiyini iddia edir.

Son xəbərlər

Orphus sistemi